Ucuz, faydalı çuğundurdan nə bişirəcəyinizi bilmirsizsə, kotlet hazırlayın.
Çox asan, qırmızı kotletlərin reseptini təqdim edirik:
Ərzaqlar:
Çuğundur – 500 qr
Süd - 100 ml
Mannı - 50 qr
Suxarı – getdiyi qədər
Duz
Hazırlanması:
Çuğundur suda bişirilir. İsti sudan çıxaran kimi dərhal soyuq suya salınır. Soyuqduqdan sonra irigözlü sürtgəcdən keçirilir. Bura süd əlavə olunub, odun üzərinə qoyulur. Qarışdıra-qarışdıra mannı səpilir ki, düyünlənməsin. Bərabər kütlə alınana qədər hazırlayıb, oddan götürülüb soyudulur.
Bu kütlədən kotlet formaları düzəldib, suxarı səpilmiş qabda fırladıb, suxarıya batırırsız. Kotletləri 20 dəqiqə soyuducuda saxlayırsız.
Tavada bitki yağında ikitərəfli 1-3 dəqiqə qızardırsız.
Süfrəyə xama ilə verilir.