Aparılan araşdırmalara görə, çox süd içən qadınların döş xərçənginə tutulma riski böyükdür. 52.000-dən çox qadın üzərində aparılan araşdırmalar bunu göstərib.
Bir çox qidalarda yüksək xolestrolun olması bu problemlərin riskini artırır. Ona görə də pəhriz sağlamlığımız üçün böyük rol oynayır.
“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyovun sözlərinə görə, bəzi heyvan mənşəli məhsullar məsələn,süd məhsulu emala baxmayaraq, sağlam hesab edilsə də, bu məhsullar xərçəngə qarşı eyni səviyyədə qorunma təmin etmir. Əslində bu həmişə postat xərçəng riskinin artması ilə əlaqələndirilirdi və döş xərçəngi risqini də artıra bilir.
Aparılan araşdırmalar onu göstərir ki, süd məhsullarından asılı olmayaraq, soya məhsulları ilə döş xərçəngi arasında heç bir aydın əlaqə tapılmamışdır. İstehlakın faizlərini müqayisə edərkən süd və süd məhsullarının daha yüksək kalorili qəbulu müvafiq olaraq 1.22 təhlükə nisbəti (HR) ilə əlaqələndirildi. Tam yağlı və yağsız süd eyni nəticə verdi. Pendir və qatıqda heç bir əlaqə qeyd edilmədi.
Süd məhsulunun çox qəbuluna soya əlavə olunduqda, döş xərçənginin riski daha da artır.
Günay