Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ucuz və keyfiyyətsiz botoksun fəsadları– Kosmetoloqdan XƏBƏRDARLIQ

  • 2020.11.05 16:36
  • 13224 Baxış
Ucuz və keyfiyyətsiz botoksun fəsadları – Kosmetoloqdan XƏBƏRDARLIQ

Artıq xanımlar alın, göz ətrafı qırışlardan, xətlərdən və mimik qırışlardan necə qurtulmağın yolunu bilir. Bu botoks preparatıdır. Qeyd edək ki, botoks preparatı ilk dəfə tibbi məqsədlə nevroloji xəstəliklərin müalicəsi üçün kəşf olunub.

Kosmetoloq Həcər Hüseynova Medicina.az-a botoksun hansı hallarda üzdə eybəcər formalara səbəb olduğunu açıqlayıb:


“ İlk onca bir daha xatırladım ki,
botoks - botilium, bir toksindir, tip A virusudur. Vurulan əzələni iflic edir. Bir insan ömrü boyu 40 dəfə botoks edə bilər.


Keyfiyyətsiz, ucuz preparat və kosmetoloq tərəfindən düzgün olunmayan botoks göz qapaqlarında sallanma, ptoz, əyilmə, ödem yaradır.

Əslində, hər bir peşəkar kosmetoloq pasiyentə istifadə etdiyi preparatın barkodunu, birkasını təqdim etməlidir.

O pasiyent sabah başqa kosmetoloqa getsə, onu təqdim etməlidir. Çünki elə preparat var, xəstəyə düşmür, ödem verir. Pasiyentə düşən preparatın kodunu bilməsi bunun üçün lazımdır.

Elə qadınlar var, göz qapağında yırtıq (qrıja) var, o zaman da botoks şişkinlik verə bilər. Bu ödem çəkilir.


Amma səhv botoksdan yaranan ptoz uzun müddət düzəlmir, antibiotiklərlə mülaicə tələb edir. Xəstəni çox narahat edir”.


Həkim bildirdi ki, indi salonlarda xanımlara mənşəyi məlum olmayan ucuz preparatlar təklif olunur.


“Mən şəxsən uzun müddətdir işlədiyim, əmin olduğum və ölkəyə gətirilərkən sertifikatı olan botoks preparatlarını istifadə edirəm. Bizə də çox məhsullar təklif edilir, onları alıb işlədə bilmərik. Bəzən pasiyent özü ilə botoks gətirir ki, bunu almışam, olar bunu edəsiz. Bu qəti şəkildə olmaz. Normal kosmetoloq buna razılaşmamalıdır. Çünki o preparat pasiyentin üzünü elə hala sala bilər ki, müalicəsi də mümkün olmaz.

Mən artıq müəyyən müddətlik təcrübəmdən bilirəm ki, hansı preparatlar şişkinlik, ödem vermir.



Botoksu ucuzlaşdırmaq olmaz. Onun standart qiyməti var. Çox ucuz botoks təklifinə aldanmaq olmaz. Çünki normal keyfiyyətli botoks heç vaxt 40-50 manata ola bilməz. Onun təsiri yoxdur, zərəri isə xeyrindən çox ola bilər.

Hətta Çin botoksu olsa da onların da markası, peşəkar brendi var. Ucuz Çin botoksunu əzələyə, bədənə gözəllik xatirinə yeritmək olmaz. O botoksun təsiri qalmır, effekti itdikcə dəri, üz quruluşu əvvəlki vəziyyətindən də pis formaya düşə bilər. Xanımları botoks məsələsində çox ciddi düşünməyə çağırıram. Bu, sağlamlıqdır, təkcə gözəllik deyil. Harda oldu, necə gəldi botoks etdirmək olmaz”.


Əlaqə telefonu: 055 366 - 68 -81
İnstagram: dr_hecer_kosmetoloq