Reklama aldanaraq, üz dərisində əla effekt alacağını gözləyən gözəllik qurbanı qızın üzü bişmiş toyuq kimi qızarıb.
Medicina.az xəbər verir ki, 32 yaşlı Kendis Paterson Health Point markasının kokoslu maskasını alıb. Maska cəmi 1 funr idi.
Evdə maskanı üzünə qoyandan dərhal sonra iynə kimi yanma hiss edib.
Bu yanmanın keçmədiyini görən qadın maskanı yuyub.
Üzünün alışıb qızardığını gördükdə buzlu kompres qoyub.
Buna baxmayaraq, üz dərisi qızarıb soyulmağa başlayıb, sanki üzü günəş yanması alıb.
Müştəri brendə şikayət məktubu yazıb və sosial şəbəkələrdə fotosunu paylaşaraq, maskanın satışını dayandırmağı tələb edib.