Türkiyəli professor Mehmet Ceyhan koronavirusun üçüncü və dördüncü dalğası barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, o, koronavirusun yaşlıya və uşağa eyni nisbətdə yoluxduğunu deyib.
O bildirib ki, 10-18 yaş qrupları yoluxuculuğuna görə ən riskli olanlardır. Çünki bu yaşda olanlar böyüklərdən daha çox yoluxucudurlar, bu, onların cəmiyyətlə təması ilə bağlıdır.
Professor qeyd edib ki, 2019-cu ildə İspan qripi də yoxa çıxdıqdan iki ay sonra yenidən yayılıb:
“İkinci dalğanın başlanması üçün əvvəlcə bütün dünyada virusun tamam bitməsi lazımdır. Bundan sonra bütün ölkələr arxayınlaşır və o zaman ikinci dalğa başlayır. Kifayət qədər tədbirlər görülməsə, üçüncü və dördüncü dalğalar ola bilər”.