Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Üçüncü dünya müharibəsi artıq başlayıb” – Ekstrasens Zirəddindən yeni proqnozlar

  • 2020.11.10 18:40
  • 77383 Baxış
“Üçüncü dünya müharibəsi artıq başlayıb”  – Ekstrasens Zirəddindən yeni proqnozlar



Rusiyada məşhurlaşmış azərbaycanlı öncəgörücü Zirəddin Rzayev yeni proqnozlar verib.

Medicina.az xəbər verir ki, o bu dəfə koronavirus pandemiyası və Amerikadakı seçkilərin nəticələrindən danışıb.

Zirəddin virusun 2020-ci ilin sonuna yaxın daha da azğınlaşağını və çox can alacağını deyib.

O qeyd edib ki, pandemiya virus müharibəsidir və insanlığın çökməsinə hesablanıb.

Medicina.az ekstrasensin 2020-2021 -ci illər barədə açıqlamalarından maraqlı məqamları təqdim edir.

  • “Bir şeyi deyə bilərəm ki, III Dünya müharibəsi artıq başlayıb. İndi müharibələr gözlədiyiniz kimi avtomat, tapança ilə olmayacaq.
Bu müharibə iqtisadi müharibə formatındadır və bioloji silahlarla aparılacaq.

Müharibələr milliyyət, dini ayrı –seçkilik zəminində gedəcək. Kiməsə insanları belə idarə etmək lazımdır. İnsanlıq 2021-ci ildə həm maddi, həm ruhi baxımdan sarsılacaq".

O, Amerikada liderin dəyişəcəyini və bu ölkənin çökəcəyini 2019-cu ildə demişdi. Amerikada son president seçkilərində Tramp qalib gələ bilmədi.

Zirəddin Azərbaycan barədə proznozlar verməkdən çəkinsə də, ötən illərdə Qarabağ münaqişəsinin həllinin Kremldən asılı olduğunu və onun əli ilə həll edilə biləcəyini demişdi.

Biz 10 noyabr 2020-ci ildə Qarabağ müharibəsinə Kremldə imzalanan sənədlə son verilməsi ilə bir daha bunun şahidi olduq.


  • Ermənistanda isə hakimiyyət çevriləcək və bu ölkə də tənəzzül dövrünə qədəm qoyacaq.

Zirəddin 2020-ci ildən sonra dünyanın kiçik qiyamət dövrünə qədəm qoyduğunu və dünyada əmin-amanlıq, rahatlıq olan bir bölgənin qalmayacağını deyir.

  • “Əgər belə, sakit, əmin yer olsa, mən özüm orda yaşayardım. İnanın, indi Yer üzündə belə yer yoxdur”.