Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üçüncü doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq

  • 2021.10.14 18:39
  • 1432 Baxış
Üçüncü  doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq

“Koronavirus infeksiyası mutasiyaya uğrayıb və hazırda ən geniş yayılan növü “Delta” ştammıdır. Bu səbəbdən Nazirlik risk qrupuna daxil olan şəxslərə müraciət edərək buster doza vurdurmağı tövsiyə edir”.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında deyib.

“Eyni zamanda hava şəraiti də kəskin dəyişir. Bu kəskin dəyişiklik geyim seçimində də çətinlik yaradır. Üçüncü məqam isə açıq məkanlardan daha çox qapalı məkanlarda oturmasıdır ki, bu da yoluxma riskini bir qədər də artırır. Bu səbəbdən də biz risk qrupuna daxil olan şəxslərə, xüsusilə də tibb işçilərinin hamısına və 50 yaşdan yuxarı şəxslərə gücləndirici üçüncü – buster dozanı vurdurmağı tövsiyə edirik.

Hər kəs bilir ki, vaksinin ikinci dozasından bir müddət keçdikdən sonra orqanizmdə zəiflik (anticisimlərin azalması) müşahidə edilir. Buna görə üçüncü dozanın vurulması tövsiyə edilir. Onu da qeyd edim ki, bu könüllülük prinsipi ilə həyata keçirilir”.

“Qarşıdan kəskin hava şəraiti gəlir. Dördüncü dalğanın başlamaması üçün buster dozanın vurulması daha yaxşı olardı. Azərbaycanda istifadə edilən bütün vaksinlərdən üçüncü doza kimi seçilə bilər. Xroniki xəstəliyi olanlar, risk qrupuna daxil olanlar 50 yaşdan yuxarı olan şəxslər buster dozanı vurduqda, COVID-19 a yoluxma zamanı xəstəliyi daha yüngül keçirəcəklər və sağ qalmaq şansı dəfələrlə artacaq”, - deyə P.Abubəkirov qeyd edib.