Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üçüncü dalğanın sahibi mutant virus daha çox uşaqları yoluxduracaq- Pediatrdan AÇIQLAMA

  • 2021.02.01 16:46
  • 15306 Baxış
 Üçüncü dalğanın sahibi mutant virus daha çox uşaqları yoluxduracaq - Pediatrdan AÇIQLAMA

Bakıda bir modul xəstəxanasında uşaqlar üçün çarpayıların yerləşdirilməsi və xüsusi hazırlıq valideynlər arasında panika yaradıb və onlar qorxu içində övladlarını məktəb və bağçalar açılsa da göndərmək istəmir.


Bəzi məsələlərə Təbib aydınlıq gətirsə də, həkimlər hələ nə olacağını tam dəqiq bilmədiyindən, istənilən vəziyyətə hazır olmağın vacibliyini vurğulayır.

Medicina.az xəbər verir ki, petiatr həkim Aytən İsmayılzadə öz araşdırmasına görə yayılmış səs yazısı ilə bağlı açıqlama verib.


" Bəli, bu doğrudur ki, bəzi modul tipli xəstəxanalarda uşaqlar uçun çarpayılar hazırlanır. Amma bu FHN modul tipli xəstəxanası (Zığ modul) üçün deyilib. Amma bu arada bir məqamı deyim ki, onsuz da bu gunə kimi uşaqlar uçun xəstəxanalarımız olub. Sadəcə məhz bu modul bir az da uşaq pasiyentlərdən qazanmaq uçun yerlər hazırlayır. Yəni bu məqam sizi təşvişə salmasın.

O da doğrudur ki, üçüncü dalğanın sahibi mutant virus uşaqları yoluxdurmaq uçun xüsusi reseptora ehtiyac duymayacaq və daha çox uşaqları yoluxduracaq. Artıq Böyuk Britaniyada bu hallar var, amma uşaqlar arsında ağırlaşma halları qeydə alınmamışdır. Ona görə hələ ki qorxu ilə özumuzu yükləməyək. Niyə hazırlıq görulur? Çunki heç nə öncədən proqnoz edilə bilinmir.


Ölkəmizdə yeni ştamm varmı? Bəlkə də var. Onu olmasını bilmək uçin gərək hər xəstə uşaq test edilsin. Amma edilmir. Çunki zatən bilsək belə edəcəyimiz nəsə yoxdur. Hələ ki uşaqlar xəstələnsə də sağalır. Həmişə olduğu kimi KRVİ diaqnozu ilə mualicə edirik, orqanizmə dəstək oluruq, ağırlaşıb ağırlaşmayacağına nəzarət edirik. Yeni ştam uşaqlardan bpyuklərə keçə biləcək deyə uşaü muəssisələri bağlanacaq. İndilik məsləhətim budur ki, böyuklər peyvənd olunsunlar. Bəlkə peyvənd yeni ştamma qarşı effektiv olar və boyuklər uşaqları yoluxdurmaz.


Uşaqlar hələ ki məktəbə getsinlər, bir az dəyişiklik olar onlar üçün. Onsuz da vəziyyət ciddiləşsə yenidən evdə qalacaqlar. Vəziyyət isə onlar məjtəbə gedəcəyinə görə ciddiləşməyəcək. Bu, virusun aqressivliyinə bağlı olacaq. Yoxsa sadə virus kimo də ötüşüb keçə bilər.

- Uşaqları indidən muxtəlif vitaminlərlə yükləməyin. Bunun heç bir mənası da yoxdur. Ola bilər ki, uşaqları yoluxduran kovid özunu Rotavirusdan ( qusma-ishal) artıq formada aparmaz. Belə olduqda təhlukə də olmayacaq.

- Məni narahat edən və valideynləri də narahat etməli olan bir məqam da uşaqların umumiyyetle peyvəndsiz qalmasıdır. Qızılca, Göyöskurək, Poliomielit kimi bildiyiniz ağır keçə bilən xəstəliklərin peyvəndini etməyi ləngitməyin. Əsas onların təhlukəsi boyukdur. Dəqiq bildiyimiz budur. Kovid isə yeni hansı sürprizlə gələcək, onu dəqiq bilmirik"