Bütün profilaktika qaydalarına əməl edildiyi təqdirdə pandemiyanın üçüncü dalğası olmayacaq.
Medicina.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova “Komsomolskaya Pravda” radiosunun efirində danışıb.
“Özümüzü qorusaq və qoyulan qaydalara həssas yanaşsaq, üçüncü dalğa olmayacaq”, - ekspert bildirib.
Xatırladaq ki, Rospotrebnadzor rəhbəri Avropa İttifaqı ölkələrində koronavirusla bağlı son dərəcə qeyri-sabit vəziyyətin olduğunu elan etmişdi. Rusiya ciddi qapanmaya getməsə də, bir sıra Avropa ölkələrində məhdudiyyətlər davam edir.