Parisdə keçirilən Olimpiadada üzgüçülük üzrə üçqat Olimpiya çempionu, britaniyalı Adam Pitidə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Britaniya Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı idmançı bazar günü 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazandıqdan qısa müddət sonra boğaz ağrısından şikayətlənib. Ertəsi gün onun COVID-19 testinin müsbət çıxdığı məlum olub.
O, bu həftənin sonunda estafetlərdə yarışacağına ümid edir.