Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.
Qəza nəticəsində 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri -1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.