Ucar Rayon Mərkəzi Xəstəxanası küçədə tapılan yeni doğulmuş uşaqla bağlı açıqlama verib.
Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpə bu gün səhər saatlarında tibb müəssisəsinə təhvil verilib:
“Yeni doğulmuş körpənin çəkisi 4,1 kiloqram, boyu isə 53 santimetrdir. Onun müalicəsi yeni doğulmuşlar şöbəsində aparılır”.
“Yeni doğulmuşun vəziyyəti qənaətbəxşdir”, - deyə xəstəxanadan qeyd edilib.
Ucar rayonunda yeni doğulmuş uşaq tapılıb.
Bildirilib ki, körpə səhər saatlarında küçədə tapılıb.
Oğlan uşağı xəstəxanaya yerləşdirilib.