Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üç ildir xəstəxanada yaşayan Qorbaçov yaddaşını itirir

  • 2022.08.20 15:44
  • 2872 Baxış
Üç ildir xəstəxanada yaşayan Qorbaçov yaddaşını itirir


SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov artıq 3 ildir ki, xəstəxanada yaşayır.


Bakupost.az Azpost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı alim Ruslan Qrinberq “Zvezda” telekanalına danışıb.


Mərkəzi Kilinik Xəstəxanasında yatan Qorbaçovu ziyarət etdiyini deyən Qrinberqin sözlərinə görə, Qorbaçov şəkər xəstəliyindən və böyrək problemindən əziyyət çəkir. O, mütəmadi olaraq dializ edilir.

Qrinberq qeyd edir ki, 91 yaşlı Qorbaçov nadir hallarda yataqdan qalxır:

"Onun yaddaşında da problem var. Söhbət zamanı onda unutqanlıq yarandığı hiss edilir, çünki mövzuları qarışdırır".

Məlumata görə, Qorbaçov üçün xəstəxanada ev şəraiti qurulub. Görünür, dəfələrlə ölüm xəbəri yayılan Qorbaçov hələ bir müddət də xəstəliklə və qocalıqla mübarizə aparmağa davam edəcək.


Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ prezidenti olub.