Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üç ayaqlı doğulmuş körpənin artıq ayağını kəsdilər –FOTO

  • 2019.10.11 21:16
  • 6501 Baxış
Üç ayaqlı doğulmuş körpənin artıq ayağını kəsdilər – FOTO
Moskva xəstəxanalarından birində doğulmuş üçayaqlı oğlan uşağını əməliyyat ediblər. Körpədə iki sidik sistemi var idi, anal dəlik isə yox idi. 

Ortada çıxan üçüncü ayağında isə 2 daban inkişaf etmişdi.


Həkimlər ehtimal edir ki, bətndə ikinci döl yarımçıq inkişaf edərək bu dölə yapışıb.

Medicina.az xəbər verir ki, problemi USM müayinəsində aşkarlayıblar və qadın anomal da olsa uşağı doğacağını bildirib.


Anal dəliyi olmadığına görə doğulan kimi uşağa siqmostoma olundu ki, nəcis və qazlar çıxa bilsin. 

Uşaq bir qədər özünə gəldikdən sonra 2 ayında aşağı ətraflarda əməliyyat aparıldı, eləcə anal dəlik açıldı. 


Siqmostoma çıxarıldıqdan sonra uşaq normal körpələr kimi yeyib inkişaf edəcək.