Turp həm çiy, həm də salatlarda asanlıqla yeyilə bilən bir tərəvəzdir.
Fərqli rəngləri, çeşidləri və kəskin dadı ilə süfrələrdə öz yerini tapan turp təkcə dadı ilə deyil, sağlamlığa verdiyi faydaları ilə də diqqət çəkir.
Tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində immunitet sistemini gücləndirməkdən həzmi dəstəkləməyə qədər bir çox müsbət təsirlərə malikdir.
Turpun sağlamlıq üçün 10 faydasını təqdim edirik:
- Lif baxımından zəngin olan turp həzmi asanlaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır.
- Tərkibindəki C vitamini sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qoruyur.
- Tərkibindəki antioksidan və C vitamini ilə dərini canlandırır, sızanaq və ləkələrin əmələ gəlməsini azaldır.
- Turp orqanizmi toksinlərdən təmizləməyə kömək edir və qaraciyər sağlamlığını dəstəkləyir.
- Tərkibindəki kalium sayəsində qan təzyiqini tarazlayaraq ürək-damar sağlamlığını qoruyur.
- Böyrəklərin daha yaxşı işləməsinə kömək edir və sidik yollarını təmizləyir.
- Aşağı kalorili və yüksək lifli quruluşu ilə toxluq hissi verir.
- Antioksidantlar və qlükozinolat kimi komponentlərlə hüceyrələri qoruyaraq xərçəng riskini azaltma potensialına malikdir.
- Aşağı glisemik indeksi ilə qan şəkərinin səviyyəsini balanslı saxlayır və xüsusilə diabet xəstələri üçün faydalıdır.
- Xüsusilə qış aylarında yeyildikdə boğaz ağrısı və bəlğəm problemlərini aradan qaldırır..
Aygün
Medicina.az