Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Turp suyunun faydaları

  • 2018.05.10 15:10
  • 16457 Baxış
Turp suyunun faydaları
1 həftə boyu hər gün turp suyu içərək onun müalicəvi faydalarından ən yüksək səviyyədə faydalana bilərsiniz.


Medicina.az Publika.az-a istinadən bu yazıda oxucuları turp suyunun müalicəvi təsirləri ilə tanış edir:


1 həftə ərzində hər gün bir stəkan turp suyu içmək bir çox xəstəliklərin qarşısını sədd çəkir.


Xərçəngin yaranmasının qarşısını alır


Ehtiva etdiyi zəngin qida dəyərləri sayəsində güclü antioksidant vəzfəsini görən turp suyu xərçəngə qarşı təsirli vasitədir.


Ağciyəri təmizləyir


Turp suyunun tərkibindəki bol miqdarda C vitamini ağciyərləri və bronxları təmizləyici təsirə malikdir.


Böyrək daşının azaldılmasında təsirlidir


Böyrək daşı probleminiz varsa, hər gün turp suyu içmək tövsiyə olunur.


Qara nöqtə və sızanaqların qarşısını alır


Problemli dəri tipiniz varsa, turp suyu istifadə edin. Müntəzəm turp suyu istifadəsi sızanaq kimi dəri problemlərinin müalicəsində də effektivdir.


Sümük və dişləri gücləndirir


Sümüklərin və dişlərin ehtiyac duyduğu kalsium və kalium ehtiyacının qarşılanmasında turp suyu istifadəsi olduqca təsirlidir.


Bədəni balanslaşdırır


Müntəzəm turp suyu istifadəsi ilə bədəndə olan sərbəst radikalların balanslaşdırılmasını təmin etmək mümkündür.