Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən müalicə alan Ağadadaş Ağayevin səhhəti necədir?

  • 2021.10.22 15:13
  • 2148 Baxış
Xərçəngdən müalicə alan Ağadadaş Ağayevin  səhhəti necədir?
Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl yenidən müayinə olmaq üçün Türkiyəyə gedib.


Medicina.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin xanımı axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, A.Ağayev hazırda özünü yaxşı hiss edir:

"Hər 3 aydan bir müayinəyə getməlidir. Budəfəki yoxlanış yaxşı keçdi. Bütün müayinələr təmiz çıxdı. İndi özünü yaxşı hiss edir. Artıq Bakıya qayıtmışıq".

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub. İfaçı ötən ayın 21-də müayinə üçün İstanbula yollanmışdı.