Azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov hələ də müalicələrini davam etdirir və o, yeni fotosunu paylaşıb.
Medicina.az-a R.Məmmədovun müalicə aldığı Liv Hospitaldan verilən məlumata görə, xəstənin üzündəki şiş artıq çəkilib və o artıq simasına görə kompleks keçirmir, tez-tez fotolar paylaşır.
"LIV Hospital"-n prof.dr.onkoloqu Duyğu Derin bildirib ki, kimyaterapiyalar sayəsində şiş kiçilir, artıq göz qapağı sərbəst bağlanır, açılır, ağrıları azalıb. Bundan sonra cərrahlar hansl metodu seçəcəyini dəqiqləşdirəcək. Ola bilər qarşıda Ramini əməliyyat gözləyir.