Türkiyədə iki ay ərzində aparılan araşdırmalar zamanı koronavirusun bu ölkəyə hansı dövlətlərdən keçdiyi məlum olub.
Medicina.az xəbər verir ki, Türkiyə Təbiblər Birliyi COVID-19 Məsləhət və Nəzarət heyəti epidemiya ilə əlaqədar iki aydır davam edən araşdırmaları açıqlayıb.
Sənəddə qeyd edilir ki, Türkiyəyə koronavirus Səudiyyə Ərəbistanı və İrandan keçib.
COVID-19 diaqnozu qoyulmuş tibb işçilərinin sayının 902 nəfər olduğu, bu insanların 77,8 faizinin xəstəxanalarda, 18,2 faizinin Ailə Sağlamlıq Mərkəzlərində və digər təcili tibbi yardım müəssisələrində çalışdığı diqqət çəkir.
Məlumata görə, COVID-19 diaqnozu qoyulan həkimlərin 58,8 faizi kişidir.
Qeyd edək ki, Türkiyədə koronavirusa indiyə qədər 146 457 nəfər koronavirusa yoluxub, 4055 nəfər ölüb, 106 133 nəfər isə sağalıb.