İstanbulda mart ayı ilə müqayisədə yoluxma sayı 10 qat artıb.
Medicina.az xəbər verir ki, professor həkim Mehmet Ceyhan yoluxma sayının artmasından danışıb:
“Əgər tədbirlər belə davam edərsə, yoluxma sayı artacaq. Virus İstanbuldan başqa yerlərə yayılır. Xalq arasında İstanbul üçün “Türkiyənin Uhanı”ı deyirlər. Artıq Uhan özəlliyini itirdi. Çünki çinlilər Uhanda xəstəliyi nəzarətə aldılar, tək mərkəzli oldu. Amma Türkiyədə virus hər yerə yayılıb. Təbii ki, ictimai nəqliyyatdan istifadə yoluxmanı daha da artırır. Hazırda ölkədə 360 min aktiv xəstə var. Amma test edilsə, 10 dəfədən artıq insanın virusu daşıdığı və yaydığı ortaya çıxar”.