Onlar bir ildir, başları bir-birinə bitişik yaşayırlar. Artıq iməkləməyə başlayan balacalar üçün həyat çətinləşir. Aktiv uşaqlar olduğu üçün hərəkət etdikcə bir-birilərini incidir. Körpələrin ana bətnində bu formada olduğunu öyrənən valideyinləri abort eləməyə qərar verib. Lakin müayinə zamanı uşaqlardan biri barmağı ilə 1 işarəsi tutub. Bundan təsirlənən ana tərəddüd edib.
Proseduru izah edən həkim qeyd edib ki, uşaqları ana bətnində öldürüb, elə götürəcəklər. Bu cümləni eşidən valideyinlər abortdan imtina ediblər.
Medicina.az möcüzəvi uşaqlardan bəhs edən yazını təqdim edir.
Türkiyənin Alanya şəhərində yaşayan Ömər və Fatma cütlüyünün övladları dünyaya gəlir. Zaman ötdükcə onlara baxmaq çətinləşir. Başları bitişik olan uşaqların eyni istiqamətə baxmağı mümkün deyil. Körpələrin atası övladlarının rahat yatması üçün xüsusi beşik hazırlayıb. Ailənin tək arzusu uşaqların əməliyyatla bir-birindən ayrılmasıdır.
Ana övladlarını çox sevdiyini lakin bu durumun onları narahat etdiyini deyir: "Nə rahat qucağıımıza ala, nə də ürəyimizcə əzizləyə bilirik. Onlara baxmaq çətinləşir. Hərəktli uşaqlardır. Sağlamlıqları da yerindədir. Biri gülür, o biri ağlayır, biri bir istiqamətə digəri əks yönə hərəkət etməyə çalışır. Bu zaman bir-birilərini incidirlər. Günün hər saatını onlarla keçirirəm.
İkisi də bəzən eyni vaxtda ağlayır, bu zaman sakitləşdirmək asan olmur. Vəziyyətlərinə görə birini qucağıma, birini isə çiynimə almış oluram. 13 yaşındakı oğlum da mənə kömək edir”.
Ananın sözlərinə görə, uşaqların bu vəziyyəti 5 aylıq olanda bilinib. Ata-ananın tək diləyi övladlarının tezliklə sağlamlığına qovuşmasıdır. Türkiyədə bu əməliyyat hələ ki reallaşdırmayıb. Əməliyyat xarici ölkələrdə edilir. Lakin ailənin maddi vəziyyəti buna imkan vermir.
Ailənin tək arzusu əməliyyatın edilməsi və evlərinə sağ-salamat geri qayıtmaqdır: "Türkiyədə getdiyimiz həkimlər dedi ki, əməliyyat zamanı biri yaşamayacaq, biri isə iflic və yaxud kor olacaq və 80% yaşama ehtimalı var.
Bu sözləri çox eşidirdik. Hər kəs onların yaşamağından ümidini kəsmişdi. Amma şükür ki, hər ikisi də yaşayır. Ümid edirəm ki, ikinci yaşlarını ayrılmış formada keçirərik. Bir ana kimi övladlarımı ayrı-ayrı qucaqlamaq istəyirəm”.
Restoranlıarın birində işləyən 41 yaşlı ata uşaqların əməliyyatı üçün yüksək tibbi avadanlıqlar olan, peşəkar həkimləri olan xəstəxanaları araşdırır. Eyni zamanda pul yığmağa çalışır.