Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyənin sağlamlıq turizmindən əldə etdiyi gəlir təəccübləndirdi

  • 2024.04.15 21:00
  • 778 Baxış
Türkiyənin sağlamlıq turizmindən əldə etdiyi gəlir təəccübləndirdi
Türkiyə ötən il sağlamlıq turizmindən 2,3 milyard dollar gəlir əldə edib.

Medicina.az xəbər verir ki, bu barədə Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş akkreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada 7-ci yerdədir.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, sağlamlıq səyahətlərinin sürətlə artdığı bir vaxtda sağlamlıq turizminin ölkə iqtisadiyyatına əlavə dəyərinin artırılması, şirkətlərin beynəlxalq bazarlara açılması, rəqabətə davamlılığın və markalaşmanın artırılması istiqamətində fəaliyyətlər dəstəklənir.

Açıqlamada, nazirliyin dəstəyi ilə istifadəyə verilən və sağlamlıq turizmi sektorunda Türkiyənin siması olan "Heal in Türkiye" internet portalında sağlamlıq turizmi sektorunda fəaliyyət göstərən 175 qurumun yer aldığı diqqətə çatdırılıb.

“Ölkəmizə ən çox sağlamlıqla bağlı turist göndərən ölkələr başda Yaxın Şərq ölkələri olmaqla, Almaniya, Böyük Britaniya, Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır”, - deyə məlumatda qeyd edilib.

Məlumata görə, Türkiyəyə ötən il 1,4 milyon nəfər sağlamlıq tapmaq üçün üz tutub.


Aysel