Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyənin məşhur qastroenteroloqu Bakıda - Pasiyent qəbul edəcək

  • 2025.02.19 17:42
  • 992 Baxış
Türkiyənin məşhur qastroenteroloqu Bakıda   - Pasiyent qəbul edəcək


Amerika Birləşmiş Ştatlarının "Tulane" Universitetində uzmanlaşmış, Türkiyənin tanınmış qastroenteroloqu, professor Serhat Bor 27-28 fevral tarixlərində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasiyent qəbulu həyata keçirəcək.



Öz sahəsində dərin bilikləri və pasiyentlərinə fərdi yanaşması ilə tanınan professor Serhat Bor, həzm sistemi problemlərinin müalicəsində ən son elmi metodlardan istifadə edir.

"Medicina" xəbər verir ki, qastroenterologiya sahəsində 30 ildən artıq təcrübəsi olan professor Serhat Bor, mədə-bağırsaq xəstəlikləri - qastroezofageal reflyuks, qıcıqlanmış bağırsaq sindromu, qəbizlik, nəcis və qaz saxlaya bilməmək, şişkinlik və köp şikayətləri olan pasiyentlərə effektiv müalicə metodları ilə köməklik göstərəcək.

Qeyd edək ki, Professor Serhat Bor 208-dən çox elmi araşdırmanın müəllifi, 16-dan çox proyektdə yer almış dünyaca məşhur professordur.


Daim yeniliklərlə yadda qalan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasiyent qəbulu edəcək Professor Serhat Bor-un qəbuluna yazılaraq, siz də həzm sisteminizlə bağlı problemlərə peşəkar yanaşma ilə çarə tapa bilərsiniz.

Qəbula yazılmaq üçün əlaqə:
Ünvan: Bioloji Təbabət Klinikası, Bakı
Telefon: 050 486 87 47 (öncədən qeydiyyat mütləqdir)
Tarix: 27-28 fevral