Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur aktyor infarkt keçirdi

  • 2021.03.08 14:01
  • 1439 Baxış
Məşhur aktyor infarkt keçirdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.

Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı aktyor xəstəxanaya yeləşdirilib.

Orada həkimlərin müdaxiləsi nəticəsində Rasim Öztəkinin vəziyyəti normallaşıb.

O, daha sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasındadır.

Rasim Öztəkinin səhhətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.