Tanınmış türkiyəli aktrisa Hazal Kaya son müsahibələrindən birində xalq təbabətinə inandığını və hansı üsullardan istifadə etdiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, Hazal gündəlik həyatında sirkədən çox istifadə etdiyini və onun faydasına inandığını deyib:
"Sirkə mənim hər şeyimdir. Onu suya qatıb səhər içirəm. Sirkəli su ilə çimirəm. Evi sirkəli su ilə silirəm. İtlərimi belə sirkəli su ilə çimizdirirəm. Sirkənin təmizləyici, rahatladıcı gücünə inanıram.
Bir də adaçayı - şalfeydən çox istifadə edirəm: çayını içirəm, evdə yandırıram. Neqativi və göz nəzəri aparır”.