Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyəli nazir İran və İtaliyanı ittiham etdi

  • 2020.03.19 18:06
  • 2060 Baxış
Türkiyəli nazir İran və İtaliyanı ittiham etdi


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusun geniş yayılmasına görə İran və İtaliyanı günahlandırıb.

Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fəxrəddin Qoca bu ittihamı Türkiyə Böyük Millət Məclisindəki çıxışında səsləndirib:

“İran virusun bütün ölkələrə, İtaliya isə Çindən gələnləri ölkəyə buraxmaqla virusun Avropa ölkələrinə yayılmasına səbəb olub. Mən buradan virusun artıq bütün Avropa ölkələrinə yayıldığını və iki-üç həftə ərzində özünü çox ciddi şəkildə biruzə verdiyini göstərmək istəyirəm”, deyən nazir statistik məlumatları təqdim edib.

Türkiyəli nazir İran və İtaliyanı ittiham etdi