Türkiyənin məşhur müğənnisi Nilufər "donuz qripi"nə yoluxub.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, halı qəfildən pisləşən sənətçi dərhal İstanbuldakı özəl klinikalardan birinə aparılıb.
Onun H1N1 virusuna (“donuz qripi”) yoluxduğu müəyyənləşib.
Qeyd edək ki, müğənni bundan əvvəl də döş xərçəngindən əziyyət çəkirdi