Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyəli dietoloqdan su pəhrizi – 5 günə nəticə

  • 2023.06.06 13:50
  • 2122 Baxış
Türkiyəli dietoloqdan su pəhrizi  –  5 günə nəticə
Su pəhrizi və ya su orucu son zamanların məşhur arıqlama üsullarından birinə çevrilib.

Kifayət qədər su qəbul etməyə kömək edən bu pəhriz zamanı böyrəklər daha çox işləyir və toksinlərin orqanizmdən çıxarılması asanlaşır. Lakin bu pəhriz mütləq həkim nəzarəti altında olmalıdır.

Şorba və meyvə şirələrinin üstünlük təşkil etdiyi su pəhrizində ananas, çiyələk kimi bağırsaqları işlədən və ödem əmələ gətirən meyvələr də var.


Qısa müddətdə arıqlamağa səbəb olan su pəhrizi ürək və şəkər xəstələri, hamilə və süd verən analar üçün mənfi nəticələrə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, türkiyəli diyetoloq Ayşəgül Baharın hazırladığı “Su pəhrizinin” qəbul qaydası aşağıdakılardır:


Səhər – bir stəkan ilıq limonlu su, 1 stəkan portağal və qreyfrut şirəsi qarışımı, 2 dilim təzə ananas, 6 ədəd çiyələk və 1 qaşıq yulaf əzməsi.


Fasilə - 1 stəkan ihlamur, papatya və melissa yarpağı çayı, 1 stəkan ilıq su və 1 çay qaşığı ilə hazırlanmış çay.

Nahar - 2 stəkan su, 2 kasa tərəvəz şorbası, bol yaşıl salat (avokado, turp, baş soğan, kərə yağı, rukkola, cəfəri, pomidor, yağ və limon).

1 – ci Fasilə bütöv qoz. Fasilələr bir saat ara ilə qəbulu.

2 – ci Fasilə 2 dilim ananas, 1 alma, 1 stəkan zəncəfil tozu çayı.

3 - cü fasilə: 1 dilim tam buğda çörəyi, 1 dilim pendir, pomidor, xiyar və cəfəri, 1 stəkan çobanyastığı çayı.

Axşam: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, 1 pors qaynadılmış tərəvəz 1 qutu qatıq.

Fasilə: 2 dilim ananas, 15-20 qara üzüm, 4 təzə ərik, 2 stəkan ilıq limonlu su.

Günay Quliyeva