Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyəli cərrahiyyə professoru bir il Azərbaycan Tibb Universitetində çalışacaq

  • 2019.03.15 10:01
  • 1421 Baxış
Türkiyəli cərrahiyyə professoru bir il Azərbaycan Tibb Universitetində çalışacaq
 

Azərbaycan Tibb Universiteti (ATU) xarici ölkələrin, xüsusilə Türkiyənin tibb təhsil müəssisələri ilə əlaqələrini gücləndirir. Həmin müəssisələrlə ortaq konfrans və simpoziumlar keçirilir, mübadilə proqramları təşkil edilir.


Universitetin mətbuat xidmətindən Medicina.az-a bildiriblər ki, Türkiyənin Qazi Universitetinin cərrahiyyə kafedrasının professoru, cərrah Mustafa Kerem bir il ATU-nun Tədris Cərrahiyyə Klinikasında transplantologiya şöbəsində çalışacaq, əsasən qaraciyər cərrahiyyəsi üzrə klinikada keçirilən əməliyyatlarda iştirak edəcək, şöbənin iş prosesi ilə tanış olacaq.


Türkiyə Qaraciyər Cərrahi dərnəyinin sədrlərindən biri olan professor Mustafa Kerem müxtəlif illərdə Toronto və digər universitetlərdə çalışıb, 9 beynəlxalq dərnəyin üzvüdür. Bir çox konqres və simpoziumlarda mühazirələrlə çıxış edən cərrahın 50-dən artıq elmi məqaləsi dərc olunub.


Türkiyəli cərrahiyyə professoru qaraciyər əməliyyatları və transplantologiyası üzrə əməkdaşlıq çərçivəsində elmi tədqiqat işləri aparmaq niyyətindədir: O, tələbələr üçün mütəmadi təlimlər təşkil etməyi də nəzərdə tutub.