“Xaricdə, xüsusilə Türkiyədə dövlət hesabına təhsil almış 20 mütəxəssis ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Azərbaycana gətirilib”.
Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, həmin həkimlərin işləməsi üçün xüsusi proqram hazırlanıb:
“Onlar yaxın üç ay ərzində ölkədə qalacaq, həm xəstələri müayinə edəcək, həm təlimlərdə iştirak edəcək, həm də həkimlərimizlə fikir mübadiləsi aparacaqlar”.