“Türkiyədə fevralın 6-da baş verən zəlzələlər alyans ərazisində meydana gələn ən böyük təbii fəlakətdir”.
"Medicina" xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Mövlud Çavuşoğlu görüşündə bunu deyib.
“Türkiyədəki zəlzələlər NATO-nun yaranmasından bəri alyansımızın ərazisində baş verən ən ölümcül, ən dəhşətli fəlakətdir”, - deyə o bildirib.
Stoltenberq bu gün Türkiyəyə səfərdədir. Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb.