Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə zəlzələ sonrası ikinci fəlakət riski – ÜST-dən xəbərdarlıq

  • 2023.02.11 19:41
  • 2322 Baxış
Türkiyədə zəlzələ sonrası ikinci fəlakət riski  – ÜST-dən xəbərdarlıq

Minlərlə insan Suriya və Türkiyədə çox ağır şəraitdə qalıb, bu isə zəlzələ sonrası ikinci dalğa itkilərə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, bu barədə ÜST rəsmisi Robert Holden bildirib.

Onun sözlərinə görə su, qida, tibbi xidmət, elektrik, psixoloji dəstək, istilik həyatın əsaslarıdır.

Zəlzələdən sonrakı ikincili fəlakəti görməj üçün real təhlükə var. Bu sağ qalmış yüz minlərlə insana zərər verə bilər. Əgər biz axtarış-xilasetmə-yerləşmə və bərpa dövrünü indiki tempdə yavaş aparsaq real itkilər zəlzələdəkindən də çox ola bilər.

Digər səbəb zəlzələ olan bölgələrdə havanın normadan daha soyuq olmasıdır.

Məsələn, Suriya Alepposunda minimal hərarət mənfi 3 dərəcədir.

Halbuki normada fevral havası müsbət 3 olurdu.

Əgər ciddi tədbirlər görülməsə daha 10 min insan itkisi ola bilər.

Öncə YUNİSEF-in Yaxın Şərte üzrə nümayəndəsi Ammar zəlzələdən sonra digər epidemiyanın başlamasından narahatlığını bildirmişdi. Artıq təmiz su çatışmazlığından Suriyada belə epidemiya yaranıb.

Aygün Musayeva