Türkiyədə iyulun 4-dən 10-dək koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə iki dəfə artaraq 117 minə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
İyun ayından etibarən Türkiyədə koronavirusa yoluxma hallarında artım qeydə alınıb. Yoluxanların əhəmiyyətli hissəsində “Omikron” variantı qeydə alınıb.
İyunun 27-dən iyulun 3-dək Türkiyədə yoluxanların sayı 57 mini keçib ki, bu da bir həftə əvvəlkindən iki dəfə çoxdur.