Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə "Yeni doğulanlar" cinayəti - Pul ödəməyən ailələrin körpələri küvezdə öldürülüb

  • 2024.10.18 17:49
  • 1873 Baxış
Türkiyədə "Yeni doğulanlar" cinayəti  - Pul ödəməyən ailələrin körpələri küvezdə öldürülüb
Türkiyədə 112 tibbi çağrı mərkəzi, eləcə də bir çox özəl xəstəxanalarda körpə ölümündə şübhəli bilinən qruplaşma aşkarlanıb.


“Medicina” xəbər verir ki, İstanbul 112 çağrı mərkəzində çalışan işçilər bir sıra mərkəzlər, həkimlərlə əvvəldən əlbir olaraq, ailələrdən külli miqdarda qazanc əldə ediblər.


Belə ki, 112 çağrı mərkəzi çağırışla evlərə gedərək, uşağın, körpənin vəziyyəti ağırdır, təcili küvezə, aparata yerləşdirilməldir deməklə, valideynləri qorxutmuş, aldatmış, körpəni əvvəlcədən əlbir olduğu xəstəxanaya transfer edərək, küvezə və ya aparata yerləşdiriblər.

Daha sonra uşaqda güclü infeksiya var adı ilə valideynlərdən hər gün pul, ödəmə tələb etmişlər.


Valideynlərdən 140 min lirəni ödəməyənlərin uşaqları isə küvezdə aparatdan ayrılmış və 12 körpə öldürülmüş, cansız cəsədləri valideynlərinə təhvil verilmişdir.
Cinayətdə əli olan 22 nəfər tutulub, 47 şübhəli nəzarətə götürülüb.
Qruplaşma ilə əlbir olan 19 özəl xəstəxanananın adı çəkilir.

Xəstəxanalardan ikisi Özəl Şafak xəstəxanası, Medilife Sağlık Xəstəxanası bu ilin may ayından bağlanıb.

Cinayətdə əli olan xəstəxanalar siyahısında

Avcılar Hospital Hastanesi, İstanbul Şafak Hastanesi, Medilife Sağlık Hizmetleri Birinci Hastanesi, Doğamed AŞ'ye ait Özel Doğa Hospital Hastanesi, İstanbul Hastanesi ve Çorlu Reyap Hastanesi, TRG Hospitalist Hastanesi, Esenler Güney Hastanesi, Kolan Hastanesi yer alıb.

Bu xəstəxanaların yeni doğulanlar şöbəsi, reanimasiya şöbələri, uşaq həkimləri körpələri guya ağır infeksiya adı ilə küvezə alaraq, müxtəlif yollarla valideynlərdən ödəmələr tələb ediblər.

Əldə olunan gəlir 112 Çağrı mərkəzinin əlbir əməkdaşları ilə bölünüb.


Aygün Musayeva