Düzce Universiteti Tibb Fakültəsi Tədris Tədqiqat və Tətbiq Xəstəxanası Onkologiya Bölməsində kimyaterapiya dərmanlarının hazırlanması robotik cihazlara həvalə olunub.
Medicina.az xəbər verir ki, dərmanlar insan təması olmadan robot sistemi ilə tam dozada hazırlanır, beləliklə səhvlər azalır və dərmanlara qənaət edilir.
Tədqiqatçılar ürək problemi olan, hipertoniyadan əziyyət çəkən və ya başqa xərçəng üçün kimyaterapiya müalicəsi alan və bu səbəbdən əməliyyat oluna bilməyən süd vəzi xərçəngindən əziyyət çəkən 60 nəfərdə kriyoablasiyadan sonrakı nəticələri araşdırıblar.
Alimlər qeyd ediblər ki, xəstənin uyğunluğuna və seçiminə görə lokal anesteziya və ya minimal sedasyonla həyata keçirilən kriyoablasiya müalicəsi 5-10 dəqiqə davam edən dondurma və sonra 5-8 dəqiqə ərzində passiv ərimə əməliyyatından ibarətdir.
Bildirilib ki, müalicə zamanı şişlərin yerini müəyyən etmək üçün ultrasəs və ya kompüter tomoqrafiyasından istifadə edilir.
Tədqiqatçılar, müalicə nəticəsində şiş ölçüləri 0,3 ilə 9 santimetr arasında dəyişən xəstələr arasında, 1,4 santimetrdən böyük şişləri olanlarda müalicədən sonrakı 16 aylıq dövrdə xərçəngin təkrarlanma nisbətinin yalnız 10 faiz olduğunu ifadə ediblər.
Həkimlər bu müalicə üsulunun böyük şişləri olan, lakin əməliyyat oluna bilməyən qadınlar üçün çox təsirli olduğunu bildirirlər.
Təkcə radiasiya və hormonal terapiya ilə müalicə edildikdə, şişlərin sonda geri qayıdacağını, buna görə də, tədqiqatda yalnız 10 faiz təkrarlanma nisbətini görməyin inanılmaz dərəcədə ümidverici olduğu vurğulanıb.
Qeyd edək ki, tədqiqat ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçirilən Radiologiya Cəmiyyətinin illik elmi toplantısında təqdim olunub.
Aysel