Türkiyənin Zonquldak vilayətində koronavirusa qarşı vaksinasiyanın təbliği məqsədilə qeyri-adi üsula əl atılıb.
Medicina.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunun üçün yollardakı işıqforlardan istifadə olunub. Belə ki, yol tənzimləyicisinin işıqları üzərinə “Peyvənd ol, sağlam qal” şüarı vurulub.
Yerli bələddiyyə üzvləri bu addımı insanların diqqətini koronavirusa qarşı peyvənd olunmanın vacibliyinə yönəltmək məqsədilə atdıqlarını bildiriblər.