Türkiyədə bu gün beş mindən çox adamın koronavirusa yoluxduğu aşkarlanıb, 95 nəfər ölüb
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkələr vasitəsilə açıqlama verib.
O, bildirib ki, son sutka ərzində 33170 nəfər koronavirus testindən keçib, 5138 nəfərdə yoluxma aşkarlanıb.
Əlavə olaraq, daha 95 nəfər xəstəlikdən vəfat edib.