Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 198 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 102 601 nəfər COVID-19 infeksiyasına yoluxub, 87 562 nəfər isə sağalıb.