Türkiyədə qorxulu xəstəliklərdən biri olan Krım-Konqo qızdırması yay aylarında artmaqla yanaşı, yeni bir bakteriya növü də meydana çıxarıb. Damarların tıxanmasına səbəb olan bu bakteriya növü təkcə kənd yerlərində deyil, şəhərlərdə də görülüb.
Medicina.az xəbər verir ki, Ankara Universiteti Baytarlıq Fakültəsi Parazitologiya Fundamental elm sahəsi üzrə mütəxəssis Dr. Ömər Orkun bildirib ki, gənə patogenləri və onların törətdiyi xəstəliklər dünya miqyasında insan və heyvan sağlamlığını ciddi şəkildə təhdid edir.
Həkim sözügedən bakteriyanın insanlarda qan damarlarının iltihabı və tromboembolik patogenliyi ilə bəzi pozğunluqlara səbəb ola biləcəyini bildirib.
Aygün Musayeva