Türkiyədə “Omikron” variantının görülməsindən sonra koronavirusa yoluxanların sutkalıq sayı üç dəfə artıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 20-də 18 762 olan göstərici yanvarın 4-də 54 724-ə yüksəlib.
Dekabrın 20-də hər 100 nəfərdən 5,34-nün COVID-19 testi müsbət çıxdığı halda, yanvarın 3-də faiz nisbəti 12,16 olub.