Türkiyənin Bolu şəhərində içməli sudan təsirlənən bəzi xəstələrə müayinələrdən sonra qanlı ishalla özünü göstərən, anemiya və kəskin böyrək çatışmazlığı ilə nəticələnən Hemolitik Uremik Sindrom (Hemolytic Uremic Syndrome/HUS) diaqnozu qoyulub.
Yuva kəndi ərazisində içməli sudan xəstələnənlərin sayı 98-ə çatıb. 14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam etdirilir. Həmçinin 17 xəstə müxtəlif şəhərlərdəki xəstəxanalara köçürülüb.
Ankaranın müxtəlif xəstəxanalarına köçürülən xəstələrin əksəriyyəti 1,5-15 yaş arası uşaqlardır.
Kənddəki su çənindən götürülmüş nümunələr və çəni təmin edən mənbələrlə bağlı ətraflı araşdırmalar davam etdirilir.