Sabahdan etibarən Türkiyədə maska taxmayanlar 900 lirə - təxminən 230 AZN məbləğində cərimələnəcək.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq bu barədə bölgələrin rəsmi qurumlarına təlimat göndərilib.
Vətəndaşlara pul cəzası barədə xəbərdarlıq edilib.