Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.11.11 22:45
  • 1323 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində daha 86 nəfər koronavirusdan ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 11 min 145 nəfərə çatıb.

İndiyədək Türkiyədə 402 min 53 nəfər koronavirusa yoluxub.