Türkiyədə ötən sutka koronavirusdan daha 48 nəfər ölüb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 055-ə çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 708 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 146 457 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 103 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 106 133 nəfərə çatıb.