Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.07.10 21:25
  • 1424 Baxış
Türkiyədə koronavirusla bağlı  son statistika

Türkiyədə son sutka ərzində 23 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1003 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5323, virusa yoluxanlar isə 210 min 965 nəfərə çatıb.

Türkiyədə indiyədək 191 min 883 xəstə (son sutkada 1493 nəfər) sağalaraq evə buraxılıb.