Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 96 nəfər ölüb.
Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 28578 şübhəli koronavirus testindən keçib, onlardan 4056-nın cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 908 nəfər ölüb, 42282 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1552 nəfəri reanimasiyadadır, 2142 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 296 xəstə evə buraxılıb.
Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 276338 nəfər testdən keçib: “Virus gücünü ünsiyyətdən alır, evdə qalaq” deyə nazir yazıb.