Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusdan daha 27 nəfər öldü

  • 2020.05.21 20:49
  • 4286 Baxış
Türkiyədə koronavirusdan daha 27 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33633 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.

Bu gün 1092 xəstə evə buraxılıb.