Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusdan daha 23 nəfər öldü

  • 2020.06.07 21:59
  • 4327 Baxış
Türkiyədə koronavirusdan daha 23 nəfər öldü

Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 914 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4692, yoluxanlar isə 170 132 nəfərə çatıb.

Türkiyədə indiyədək 137 969 xəstə sağalaraq evə buraxılıb.