Türkiyədə son 24 saat ərzində daha 28 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Medicina.az bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 397 nəfərə çatıb.
Onun sözlərinə görə, yoluxanların ümumi sayı 158 762 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 492 nəfər olmaqla 121 507 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 19 853 test aparılıb.