Türkiyədə 7 428 səhiyyə işçisi koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca bu rəqəmi açıqlayıb. Onun sözlərinə görə, bu rəqəm ümumi yoluxma hallarının 6,5 %-ni təşkil edir.
Qeyd edək ki, Avropada bu göstərici 11% civarındadır. Nazir həmçinin bildirib ki, Türkiyədə ümumi ölüm nisbəti bir çox ölkədən azdır.